Bilmək istədiyiniz beş maraqlı məlumat

0
491

1. Fərqli göz rəngləri

Deyək ki, çox sevərək evləndiyiniz xanımla sizin gözləriniz qaradır ancaq doğulan körpəniz mavi gözlü oldu. Bu an nə düşünərsiniz? Genlərin ana mexanizmi çox sadədir. Hər ana və ata iki genə malikdir. Və bunlardan hər iksindən müəyyən hissələr uşağa ötürülər. Əgər ana və atadan alınan genlər eyni isə, yəni uşaq hər iki tərəfdən də mavi göz genini alırsa problem yoxdur, uşağın gözlərinin rəngi mavi olacaq. Ancaq bir tərəfdən mavi göz digərindən qara rəngli göz genini alıbsa gözlərinin biri mavi digəri qara ola bilməyəcəyinə görə bu genlərdən biri üstün gələcək. Rəqibinə qarşı daim üstün gələn bu genlərə hakim (dominant) gen adı verilər. İnsanlarda tünd rəng göz geni hakim gendir. Yuxarıda bəhsi keçən uşağın gözləri qara olacaq. Mavi göz rəngi kimi mübarizəni itirən genə də gizli (recessive) gen deyilir. Ana və atadakı hər iki gen də hakim gen isə nəticə eyni olacaq. Gizli gen bu mübarizədə ancaq hər iki tərəfin geni də gizli gen olarsa qalib çıxa bilər. Yəni hər iki orqanizmdə mavi göz geni varsa. Uzun boy və qısa boy genlərində hakim olan uzun boydur. Məsələn atada iki uzun boy geni (U/U), anada isə iki qısa boy geni (k/k) varsa, hər uşaqda mütləq bir uzun və bir qısa boy geni(U/k) olacaq və uzun boy hakim gen olduğundan hər uşaq uzun boylu olacaq. Bu uşaqlar (U/k) gen quruluşlu biri ilə evlənsələr, uşaqların hər birində ehtimalla (U/U, U/k, k/U, k/k) gen quruluşu meydana gələcək, yəni üç uşaq uzun boylu olarkən bir dənəsi qısa boylu qalacaq. İnsanlarda qara göz rəngi, görmə qabiliyyəti və saçlılıq hakim genlərkən mavi göz, rəng korluğu və keçəllik gizli genlərdir.
Gizli gen uşağın DNT spiralında qalıb, onun uşaqlarına da keçə bilər. Atası mavi rəngli, anası qara rəngli gözlü uşaq qara gözlü olar, amma mavi rəng göz geni gizli olaraq bədənində qalar. Özü ilə eyni genetik quruluşda biri ilə evlənsə yuxarıdakı uzun boy-qısa boy nümunəsində olduğu kimi ana və ata qara gözlü olmalarına baxmayaraq uşaqlardan biri mavi gözlü ola bilər. Bu vəziyyət Mendel qaydalarına uyğun olub mavi gözlü uşaqları olan qara gözlü ana və ataların panikaya düşməmələri və ortada başqa bir səbəb axtarmaqlarına ehtiyac yoxdur.

2. Gecə ağlayan körpələr

Gecələr körpəsi ağladığı üçün yuxusuzluqdan əziyyət çəkən gənc analar var. Bəzən belə düşünürsünüz ki, körpəniz sanki bilərəkdən sizin rahat yuxu almağınıza ağlayaraq maneə olur. Bəli düz düşünürsünüz. Beləki, Harvard Universitetindən olan Devid Heyqin nəzəriyyəsinə əsasən, uşaqların gecələr daim oyanıb ağlaması təkamül taktikası ilə əlaqəlidir – ananın tez-tez oyanıb körpəni südlə qidalandırması fertilliyi (uşaqtörətmə qabiliyyəti) müəyyən qədər azaldır. Bu da qadınların yenidən hamilə qalması ehtimalını aşağı salır. Uşağın yaxın zamanda qardaş və ya bacısı, təkamül dili ilə desək, “həyat və qida ehtiyatlarında rəqibləri” doğulmasa, sağ qalmaq şansı kifayət qədər arta bilər. Devid Heyq hesab edir ki, körpə, onu döş südü ilə qidalandırması üçün ananı tez-tez oyadaraq faktiki olaraq kontrasepsiya mexanizmini gücləndirir, bu da həyat və qida ehtiyatları uğrunda mübarizədə körpənin sağ qalmaq şansını artırır. Qardaş və bacıların dünyaya gəlmələri arasında qısa fasilələr olması əsasən uşaq ölümlərinin yüksək olması ilə əlaqəlidir. Bu səbəbdən təkamül prosesində balaların sağ qalmaları üçün yeni mexanizm yaranmış ola bilər: ananın yatmasına maneə ol, davamlı ana südü tələb et – rəqiblərin olan qardaş və bacıların doğulmasın. “Təbii seçmə nəticəsində körpələrdə davranış stereotipi meydana gəlib. Bunun sayəsində ana orqanizmində uşaqtörətmə funksiyaları zəifləyərək, balaların doğulması arasındaki fasilələrin uzanmasına gətirib çıxarıb” Alimin hesablamalarına əsasən, körpələr daha çox doğuşdan 6 ay sonra gecələr tez-tez oyanmağa meyllidirlər. Bu müddət isə ananın fertilliyinin yenidən bərpa olunması ilə üst-üstə düşür.

3. Günəşin yanında başqa bir günəş

Əlimizdəki bir əşyanı buraxdığımız zaman yerə düşər. Elmin ilk ortaya çıxdığı zamandan bu yana qədər elm insanları niyə bu əşyanın yerə düşdüyünü başa düşməyə çalışıblar. İlk düşüncələrə görə, əşyanın təbiətinin aşağıda olduğuna görə öz təbiətinə dönmək istədiyi üçün yerə düşdüyü fikirləri vardı. Lakin 17-ci əsrdə Nuyton əşyanın aşağıya düşməsinin səbəbini əşyanın və ya yerin təbiətindən deyil, yerin cazibəsinə görə olduğunu ortaya qoydu. Nyutona görə əşya Dünya üzərində, Dünya da əşya üzərində bir cazibə qüvvəsi tətbiq edirdi. Əşyanın Dünya üzərinə tətbiq etdiyi qüvvət, Dünyanı çox, çox az hərəkət etdirsədə, Dünyanın əşya üzərinə tətbiq etdiyi cazibə qüvvəsi əşyanı Dünyaya doğru hərəkət etdirirdi. Biz də bunu əlimizdən buraxdığımız əşyanın Dünyaya düşməsi olaraq təsəvvür edirdik. Problem artıq həll edilmişdi. Əşyanın hansı səbəbdən yerə düşdüyünü və Dünyanın hansı səbəbə görə Günəşin ətrafında fırlandığını aydın olaraq başa düşdük. Ancaq daha sonralar inkişaf etdirilən ölçü texnikası cazibə qanununun izah edə bilmədiyi kiçik fərqlər tapmağa başladı. Xüsusilə Merkuri planetinin orbitindəki kiçik yönləndirmələri Nyutonun qanunları ilə açıqlamaq mümkün olmadı. Eynşteyn inkişaf etdirdiyi nəzəriyyə ilə əşyanın hansı səbəbdən yerə doğru düşdüyünə yeni bir baxış gətirdi.

Biz üç ölçülü bir Kainatda yaşayırıq. Hal-hazırda olduğumuz yeri təyin etmək üçün üç koordinatdan istifadə etsəkdə, bir də “hal-hazırda” sözü ilə bir koordinat daha təyin edirik ki, bu da zamandı. Yəni biz üç deyil dörd ölçülü bir Kainatda yaşayırıq və bu Kainat üç kosmos koordinatıyla birlikdə, bir də zaman koordinatından meydana gəlir. Əvvəlcə Eynşteyn bu zaman koordinatının da kosmos koordinatlarına bərabər olduğunu göstərmişdir. Dörd ölçüdən ibarət olan bu Kainat üçün, kosmos və zaman yerinə kosmos-zaman anlayışından istifadə etmişdi. Yəni kosmos-zaman dediyimizdə, içində yaşadığımız dörd ölçülü Kainatı qəsd edirik. Eynşteyin cazibənin əslində kosmos-zamanın əyilməsindən ibarət olduğunu göstərmişdi. Cisimlərin kütləsi nə qədər çox olursa kosmos-zamanı da o qədər çox əyilər. Buna görə əşya əslində Dünya tərəfindən çəkilməz. Dünyanın varlığından ötəri, öz ətrafındakı kosmos-zamanı bükər və əşya bu bükülən kosmos-zamanda aşağıya doğru itələnər. Nyutonun cazibə qanunu bunun sadə vəziyyətlər üçün bir şərhidir. Amma xüsusilə işığın, kütləsi yüksək olan cisimlərin yaxınlığında əyilməsini bizə izah edə bilməz, çünki işıq kütləsizdir və kütləli cisimlərin kütləsiz bir cismi çəkməyin gözləmək olmaz. İşığın bu şəkildə bükülməsindən ötəri Günəşin arxasındakı bir ulduzu Günəşin yanındaymış kimi görə bilərik.

4. Əslində heç bir şeyə toxunmursunuz

Çox sadə bir səviyyədə bizlər, elektron, proton və neytronlardan meydana gələn atomlardan ibarətik. Daha da sadə, bəlkə də ən sadə səviyyədə, kütləmizin əksəriyyətini təşkil edən bu protonlar və neytronlar kvarklar adı verilən təməl hissəciklər üçlüsündən meydana gəlir. Lakin, bu kvarkların kütləsi, proton və neytronların kütləsinin yalnız kiçik bir miqdarını meydana gətirərlər. Bu kvarklar bir yerdə tutan gluonlar, tamamilə kütləsizdi. Bir çox elm insanı, bədənimizdəki bütün kütlənin kvarkların kinetik enerjisindən və gluonların bağlama enerjisindən gəldiyini deyir. Bu vəziyyətdə, Kainatdakı bütün atomlar az qala tamamilə boş sahədən meydana gəlir demək. Bəs niyə hər şey bizə bu qədər bərk kimi gəlir? Boş atomların bir yerə gəlib bədənlərimizi, binaları və ağacları meydana gətirməsi fikri bəlkə bir az baş qarışdıra bilər. Əgər atomlarımız boşluqdan ibarətdirsə, niyə obyektlərin içindən keçmirik? Niyə maşınlarımız yoldan planetimizin mərkəzinə və ya planetin digər tərəfinə düşmür? Niyə salamlaşdığımız zaman əllərimiz digər əllərin içindən keçmir? Boşluq əsla həqiqətən boş deyil. Əslində, dalğa funksiyaları və görünməz kvant sahələrin içində olduğu bir ovuc maraqlı şeylə doludu. Texniki olaraq, elektronlar nöqtə qaynaqlardır, yəni həcmləri yoxdur. Lakin atomun böyük bir qismini işğal edən, dalğa funksiyası adı verilən bir şeyə sahibdirlər. Üstəlik kvant mexanikasının qəribə və confusing olmağı sevməsi səbəbiylə, həcmsiz elektron, bir şəkildə bu boşluq yığınının hər an hər yerindədir.

Həyatınızda heç bir şeyə, həqiqətən toxunmadınız. Bütün bunları qəbul etmək üçün bir stəkan soyuq su içə bilərsiniz. Amma su içmə hərəkəti də kvant səviyyəsində araşdırıldığında, düşündüyünüzdən çox fərqlidir. Məsələn suyu içmək üçün stəkanı ağzınıza apardığınızda, ağzınız əslində stəkana toxunmur. Atomlarınız özü nüvə deyilən kiçicik həcmdə sıxışıb qaldığı üçün, bir şeyə toxunduğunuz zaman, hiss etdiyiniz şey əslində onların atomları deyil. Hiss etdiyiniz şey, onların elektronlarını itələyən elektronlarınızın elektromaqnetik gücüdür. Texniki bir səviyyədə, əslində o suyu içmirsiniz. Su çox yüngül bir şəkildə sizin üstünüzdən keçir. Eyni şəkildə, bu anda bu yazını oxumaq üçün oturduğunuz kresloda əslində oturmursunuz. Arxanızın atomlarıyla kreslonu meydana gətirən atomlar var gücləriylə birlərini itələyirlər və buna görə də siz kreslonun üzərində Kainatda uçursunuz. Təbii aradakı boşluq elə kiçikdir ki, bunu hiss etməyimiz ya da birbaşa müşahidə etməyimiz mümkün olmur. Lakin kvant səviyyəsinə enib arxanızın atomları araşdıracaq olsaydınız, heç birinin kresloya deymədiyini görərdiniz.

5. Planetimiz orbitindən kənarlaşsa

Yaşadığımız planetdə və ölkəmizdə hər gün canlı və cansızların saysız fəaliyyəti reallaşır. Lakin bu planetin xaricində də dayanmadan davam edən bir hərəkət var. Bunlardan bəlkə də ən çox bildiyimiz, mövsümləri meydana gətirən fəaliyyətdi, yəni Planetimizin Günəşin ətrafında dönməsi. Planetimiz Günəşin ətrafında müəyyən bir orbitdə dönür. Hər bir dönmə turu 365 gün 6 saatda tamamlanır. Necə ki, Planetimizin cazibəsindən ötrü bir obyekti havaya atanda yerə düşürsə, diametri Planetimizin diametrinin təxminən 100 qatı olan Günəşin də cazibəsi Planetimizi özünə doğru çəkir. Günəşin bu cazibə qüvvəsi, öz sistemi içərisində olan bütün obyektlər üzərində təsir edir. Hər il Yer kürəsinin Günəş ətrafında dolanmasınıda təmin edən bu cazibə qüvvəsidi.

Yaxşı bəs Planetimiz orbitindən çıxarsa nə olar? İndiki orbitində olmayan Planetimiz, birbaşa Günəş tərəfindən çəkiləcək. Planetimizin indiki üzərində olduğu orbiti, Günəşin Dünyanı birbaşa özünə yaxınlaşdırmasına mane olur. Bir damın üzərində irəliyə doğru tenis topu atdığınızı düşünün. Tenis topunu nə qədər sürətli atsanız qət etdiyi məsafə və yerə düşmə müddəti o qədər artacaq. Planetimizin saniyədə 29.8 km dönüş sürəti də, Günəşin cazibəsi təsirinin öhdəsindən gəlməsini təmin edir. Əgər orbit dəyişsə, hər şey çox sürətli bir şəkildə dəyişəcək. Planetimiz və üzərindəkilər sürətlə Günəşə yaxınlaşmağa başlayacaq. Biz bəlkə də Günəşin ani çəkmə təsirinə məruz qalmayacağıq ancaq orbitdəki kiçik dəyişmələrin belə planetimiz üzərində böyük nəticələri ola bilər. Günəşə yaxınlaşmağımız planetimizi olduqca isidər. Eyni zamanda bu istiləşmədən qaynaqlanan buzlaqlar əriyəcəyinə görə dəniz səviyyələrində artım baş verəcək və bəlkə də bütün yer bölgələri sular altında qalacaq. Tam tərsi isə Planetizimin Günəşdən uzaqlaşması planetimizi dondurardı. Okeanlar buz ilə əhatə olunar və eyni zamanda orbitdə dönmə müddəti artacağına görə illərin də müddəti artardı.