Bakının mərkəzi küçələri 1 həftəlik bağlanır

0
471
Bakının mərkəzi küçələri 1 həftəlik bağlanır
Bakı şəhəri, Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçələrində yol tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən sözügedən küçələrdə hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, tikinti işləri 1 həftə müddətinə qədər davam edəcək.