Bakıda kişi hamilə arvadına 17 bıçaq zərbəsi vurdu

0
507

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı “təcili yardım” maşını ilə xəstəxanaya yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 17 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.
G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Cütlüyün 3 övladı var.