Bakıda avtomobil dayanacağa girdi – Yaralılar var

0
198
Bakıda avtomobil dayanacağa girdi - Yaralılar var
“Gənclik” metrostansiyası yaxınlığında Fətəli Xan Xoyski prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Məlumatına görə, minik avtomobili avtobus dayanacaq məntəqəsinə çırpılıb.

Nəticədə səkidə olan 22 yaşlı qızla 23 yaşlı oğlan yaralanıb.

Səhiyyə Nazirliyindən mətbuat xidmətindən verilən məlumata görə, təcili tibbi yardıma çağırış saat 18:37 də daxil olub. Hadisə yerinə gələn təcili yardımın həkim briqadası qıza sol bazunun travması, oğlana alının kəsilmiş yarası diaqnozunu qoyub. Yaralıların həyatları üçün təhlükə yoxdur.

Qeyd edək ki, qızla oğlanın nişanlı olduğu bildirilir.

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.