Bərdədə bu qəbirlərlə bağlı əfsanələr dolaşır: Başdaşlarını ayırırıq, birləşir – VİDEO

0
267

Bərdə rayonunun Qəhrəmanlı kəndində bir-birinə söykənən başdaşları dünyadan nakam köçən sevgililərə məxsusdur. Kənddə onların qəbirləri ilə bağlı şayiələr dolaşır.

nd sakinləri düşünür ki, sevgililərin qəbrinin birləşməsi mistik hadisədir.

Belə ki, kəndin qocaman sakinləri sevgililərin dünyadan nakam köçdüyünü deyir:

“Deyilənə görə, iki gənc bir-birini çox sevib. Oğlan sevdiyi qıza elçi getsə də, böyüklərin razılığı olmayıb. Sevdiyi qıza qovuşa bilməyən gənc intihar edib. Sevgilisinin həsrətinə dözə bilməyən qız da özünü öldürüb. Bundan peşmanlıq duyan ailələr gəncləri bir yerdə dəfn ediblər”.

Sakinlərin bildirdiyinə görə, başdaşlarını dəfələrlə bir-birindən ayırsalar da, onlar yenidən birləşib.