“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” – Belarus müdafiə naziri

0
440
“Azərbaycan tankçılarının beynəlxalq hərbi oyunlarda iştirakını və mübarizəsini yüksək qiymətləndirir, güclü və uğurlu çıxış etdiklərini vurğulamaq istəyirəm. Onların hazırlığı və hərbi işə göstərdikləri münasibət peşəkarlıqdır və bu, danılmaz faktdır”.

Bunu “Beynəlxalq Ordu Oyunları – 2019”da iştirak edən Belarus Respublikasının Müdafiə naziri Andrey Ravkov deyib.

Azərbaycan Belarus münasibətlərindən danışan nazir, iki ölkənin bir-birini yaxşı başa düşdüyünü vurğulayıb:

“Biz Azərbaycan Respublikası ilə hərbi tapşırıqları yerinə yetirmək üzrə müsabiqələrdə birlikdə iştirak edirik. Biz Azərbaycanla bir-birimizi yaxşı başa düşür və anlayırıq. Deyə bilərəm ki, münasibətlərimiz yüksələn xətlə inkişaf edir”.