Azərbaycanlı aktyor ağır xəstədir: maddi imkanım yoxdur…

0
193

Azərbaycanlı aktyor ağır xəstədir:maddi imkanım yoxdur...

Aktyor Allahverdi Yolçuyevin səhhəti pisləşib.

Aktyor ağır Parkinson xəstəliyindən əziyyət çəkir.

A.Yolçuyev bildirib ki, son günlər vəziyyəti lap pisləşib.

O, müalicə üçün maddi imkanının olmadığını vurğulayıb və kömək istəyib.

O, son günlər vəziyyətinin daha da pisləşdiyini söyləyib: “Əllərim, barmaqlarım dayanmadan əsir, həkimlərin diaqnozuna görə, “Parkinson” xəstəliyidir. İki ildir ki, xəstəliyimlə bağlı döymədiyim xəstəxana qapısı qalmayıb. Həkimlərin yazdığı dərmanlar da işə yaramır, səhhətim günbəgün daha da pisləşir. Heç bilmirəm bu xəstəliyin çarəsi Bakıda var, yoxsa yox?”

Aktyor bu xəstəliyin onun işinə də mane olduğunu vurğulayıb: “İş qabiliyyətimi də getdikcə itirirəm. Yalnız aradabir gedib, dublyaja baş çəkirəm. Maddi imkan da o dərəcədə deyil ki, müalicəmi davam etdirim. Tək istəyim tezliklə sağlamlığıma qovuşmaqdır”.