Azərbaycanda tikintiyə icazə bu müddətə verilir – RƏSMİ

0
194
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə və istismara icazələr üzrə bir pəncərə və özünəxidmət mərkəzinin təqdimatını keçirib.
Komitə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə sistemi elektron şəkildə hazırlayıb və cari ilin əvvəlindən istifadəyə verib.
Komitə sədrinin müşaviri Rüfət Mahmudun sözlərinə görə, bu gün xidmətə müraciət edənlər sərbəst şəkildə, iş yerlərini tərk etmədən, tam rahat və elektron qaydada sənədlərini göndərə, müəyyən olunan vaxt ərzində tikintiyə icazələri əldə edə bilərlər.
“Tikintiyə icazələrin verilməsi 15 gün ərzində, istismara icazələrin verilməsi isə 10 gün ərzində baş verir”, – deyə R. Mahmud qeyd edib.