ABŞ Qafqaza girir: Kremlin cavabı… – Ekspert

0
184

Gürcüstanda ABŞ-ın hərbi bazasının yaradılması söhbətləri çoxdan gedir. Bu məsələ Saakaşvilinin vaxtından gündəmdədir.
Bu sözləri  açıqlamasında politoloq Əhəd Məmmədli ABŞ-ın Gürcüstanda öz bazasını yaradacağı ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. O bildirib ki, ABŞ-ın bu istəyi İvanişvilinin dövründə səngimişdi, lakin son dönəmlər aktuallığını yenidən artıb:
“Rusiya Gürcüstanda mövqelərini qaytarmaq üçün bir neçə cəhd etdi. Lakin Tiflis buna ciddi müqavimət göstərdi: Gürcü parlamentində məlum hadisə, onun ardınca rus konsulluğunun mühasirəyə alınması, müxalifətin mitinqləri və s. Tiflisdəki mitinqlərə ruslar Acarıstanın paytaxtı Batumidə rusyönümlü gürcü siyasi qüvvələrinin aksiyaları ilə cavab verdi. Muxtariyyətlərindən yalnız Acarıstanı əlində saxlayan Gürcüstan görür ki, bu bölgəsində də Rusiya güclüdür və bundan narahat olmaya bilməz. Görünür ki, Gürcüstan Rusiyanın hücumlarına adekvat cavab kimi ölkəsində ABŞ bazalarının yerləşdirilməsindən başqa çarə görmür”.
Politoloq bildirib ki, ABŞ-ın öz bazalarını Gürcüstanda yerləşdirməsi regionda heç bir təhlükə yaratmayacaq:
“ABŞ bazalarının Gürcüstana yerləşdirilməsi düşünmürəm ki, hansısa təhlükə deməkdir. Zatən, regionda Ermənistanda rus hərbi bazaları var. Gürcüstanda ABŞ, Azərbaycanda isə Türkiyə bazalarının olması, əksinə, bir ölkənin başqa bir ölkəyə basqısının qarşısını alacaq. Bu da Cənubi Qafqazın hansısa bir ölkənin vassalı olmaqdan qurtaracaq”.
Ə.Məmmədlinin sözlərinə görə, ABŞ hərbi bazalarının Gürcüstanda yerləşdirilməsi indiki məqamda Azərbaycanın xeyrinədir: