Əgər övladınız sizinlə bu oyunu oynamasa… – Təhlükə

0
233

Ana ilə körpəsinin ilk oynadığı oyunlardan biri olan “göz yumdu” oyununda autizm baxımından diqqət ediləcək nöqtələr var. “Göz yumdu” oyunu autizm xəstəliyinin erkən diaqnozu üçün çox əhəmiyyətli fürsətdir.
Bu sözləri Axar.az-a pediatr Altay Abdullaoğlu uşaqlarda autizm və onun müəyyən edilməsindən danışarkən deyib.
Həkim bildirib ki, uşaqla ana “göz yumdu” oyunu zamanı uşağın ananı izləməməsi və ona reaksiya verməməsi normal deyil:
“Ana və körpənin ilk oyunlarından biri “göz yumdu” oyunudur. Ana əliylə, ya da bir örtüklə üzünü örtür, sonra körpənin adını deyir və tez üzünü açır. Körpə anasını diqqətli və həyəcanlı şəkildə izləyir, hərəkətin davamını gözləyir və adı deyilən kimi də qəhqəhələrlə gülməyə başlayır. Bu oyun körpənin inkişafı üçün önəmli ipucu verir. Əgər körpə bu oyunu oynayarkən ananı izləmirsə, reaksiya vermirsə, o zaman həkimlə danışmaq mütləqdir.