Yeni virtual reallıq əlcəyi virtual obyektlərə toxunur

0
229

 

Koreya Elm və Texnologiyalar İnstitutunun mütəxəssisi Yunqsu Çanın rəhbərliyi ilə tədqiqat qrupu yüngül silikon virtual reallıq əlcəyi yaradıb.

Sahibinin dünyanın istənilən nöqtəsindən idarə edə bildiyi robot xilasedicilərin realistik əməliyyatlarda məşqlər üçün sistem, Niderland ordusunun hərbi qulluqçularının hazırlığı üçün platforma, insult keçirən xəstələr üçün əl hazırlamağa imkan verən oyun rolunu oynayır. Bütün bu layihələr bir cüt virtual reallıq eynəyi ilə işləyir.

Əlcək istifadəçiyə vibrasiya sayəsində dünyada mövcud olmayan obyektləri hiss etməyə, toxunmağa, yerini dəyişməyə imkan verir. Əlcəyin köməyi ilə oyun həvəskarları virtual obyektin ölçü və formasını hiss edə bilərlər.

Qurğuya ötürücü və icraedici mexanizmlər quraşdırılıb. On bir elastik pyezoelektrik ötürücü barmaq hərəkətlərini qeydə alaraq “Bluetooth” vasitəsilə virtual məkana ötürür. Virtual barmaq virtual obyektə toxunan zaman icraedici mexanizmlər siqnalı real barmağın ucuna göndərir. Batareya və qalvanik zəncir isə istifadəçinin biləyindəki kəmərə bərkidilib.