Tokioda yeni milli stadion media nümayəndələrinə təqdim olunub

0
252

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının əsas idman obyekti olacaq yeni milli stadion iyulun 3-də media nümayəndələrinə təqdim olunub.

Cari ilin noyabrında tikinti işlərinin yekunlaşdırılması planlaşdırılan stadionda işlərin 90 faizi tamamlanıb. Jurnalistlərə stadionun daxilində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, stadionun ağ, yaşıl və qəhvəyi rəngdə olan yarusları və onun damı Yaponiyada istehsal edilən ağac materialından hazırlanıb.

Bildirilir ki, stadionda nəzərdə tutulan 60 min tamaşaçı yerindən təqribən 45 mini, həmçinin tamaşaçıların sərinləşdirilməsi üçün 185 ventilyator artıq quraşdırılıb.

Görülmüş işlərin görüntüləri eni 30 metr, hündürlüyü 9 metr olan iki ekranda nümayiş etdirilib.

Stadionun tikinti işlərinin davam etdirildiyi hissəsində Yaponiyanın 47 prefekturasından gətirilən ağac materiallarını görmək olar.

Cari ilin dekabrında yeni stadionun açılış mərasiminin keçirilməsi planlaşdırılır.