Rusiya Türkiyə vətəndaşları üçün vizanı ləğv edib

0
507

Rusiya xüsusi və xidməti pasportu olan Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza rejimini ləğv edib.

Bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Qeyd edək ki, 2015-ci ilin noyabrında Türkiyə Rusiyaya məxsus “Su-24” təyyarəsini ölkənin hava sərhədini pozduğuna görə vurub. Bu hadisədən sonra Rusiya Türkiyəyə qarşı bir sıra sanksiya tətbiq etmişdi. Bunlar arasında xüsusi və xidməti pasportu olanlara viza rejiminin tətbiq edilməsi də var idi.