Putin körfəzin dibinə endi – Foto+Video

0
226

Putin körfəzin dibinə endi

Rusiya prezidenti Vladimir Putin “C-Explorer 3.11” batiskafı ilə Böyük Tyuters adasında Fin körfəzinin dibinə enib.

Kreml rəhbəri 1942-ci ildə batmış “Qızıl balıq” Ş-308 sualtı qayığında xatirə lövhəsinin quraşdırılmasında iştirak edəcək. Lövhədə döyüşdən qayıtmayan 39 heyət üzvünün hamısının adları həkk olunacaq.

Qeyd edək ki, bu, Putinin dənizin dibinə ikinci ekspedisiyasıdır. O, 2015-ci ildə də Qara dənizdə suyun dibinə enmişdi.