Moqadişoda partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb

0
441

Somalinin paytaxtı Moqadişoda terrorçu-intiharçı tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı artıb.

Partlayışda 6 nəfər həlak olub, daha nəfər isə xəsarət alıb.

Somalinin informasiya naziri Abdi Ksayir Mareye bildirib ki, ölənlər arasında rayon və region administrasiyalarının vəzifəli şəxsləri də olub. Bundan əlavə, şəhərin meri də xəsarət alanlar sırasındadır.