Miqrantları daşıyan gəmi “üzən kitabxana”ya çevrildi – MARAQLI

0
230

Bodrum üzərindən İtaliyanın Otranto şəhərinə qaçaq yollarla miqrant daşıyan gəmi İtaliya tərəfindən ələ keçirildikdən sonra maraqlı bir sosial layihə ilə “üzən kitabxana”ya çevrilib. İtaliyanın Ədliyyə nazirliyi gəminin reabilitasiyaya ehtiyacı olan uşaq və gəncləri hədəf seçən layihələrdə istifadə edilməsinə qərar verib.

 
Bodrum-Otranto səfərindən sonra ələ keçirilən “Kalimche” adlı gəmiyə qeyri-qanuni insan ticarətində istifadə edildiyi üçün əl qoyulmuşdu.
İtaliya mətbuatındakı xəbərlərə görə, Bari şəhərindəki “Marcobaleno” dərnəyinin bələdiyyə və digər dərnəklərlə iş birliyi içində apardığı layihənin sonunda sözügedən gəmi kitabxanaya çevrilib.
Qeyd edək ki, “Üzən kitabxana”nın açılışı ötən həftə Barı limanında keçirilib.