Liviya sahillərində 62 miqrantın cəsədi tapılıb

0
439

Xilasetmə xidmətləri Liviya sahillərində gəmi qəzasında ölən 62 miqrantın cəsədini tapıblar.

Liviyanın Tripolinin şərqində yerləşən Homs şəhərinin sahillərində cümə axşamı miqrantlarla birlikdə taxta qayıq aşıb.

“Qırmızı Aypara Liviya şöbəsinə tabe olan bölmələr 62 miqrantın cəsədini tapıb”.

Bildirilir ki, 145 nəfər xilas edilib, 110 nəfər itkin düşüb.