İslam Santa-Barbaranı da fəth etdi…- FOTOLAR

0
204
SSRİ-nin çökdüyü 1990-cı illərdən postsovet məkanında kütlələrin başını qatan məşhur serialın adıyla da tanınmış Santa-Barbara şəhərində yerli müsəlmanların tikintisinə qərar verməsindən təxminən 20 il sonra ilk məscid açılacaq.
Bu haqda ABŞ-ın “Santa Barbara Independent” nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanından olan Afaf və Muxtar cütlüyü hələ 2001-ci ildə Santa-Barbarada məscid tikilməsini planlaşdırıblar. Lakin 11 Sentyabr terror hücumlarından sonra ABŞ-da müsəlmanlara və İslama qarşı münasibət hər zamankından daha pis şəkil aldığından məscid tikmək planları əngəllənib.
Santa-Barbara sakini Zaman Malik bu illərdə müsəlmanların cümə namazı üçün bir yer tapmasının necə çətin olduğunu xatırlayır. Onlar kirayə məkan tutmaq, evlərdə yığışmaq məcburiyyətində qalıblar…
“Hər kəs imanımıza şübhə ilə yanaşırdi” -deyən Afaf Turjoman bir ibadətgah tikintisinə icazə üçün müraciət etməkləri və sonrakı mübarizələrində danışır:
“2001-ci ildə şəhərin planlaşdırma komitəsinin ilk iclasında məscid layihəsi üçün heç kəs səs vermədi. Lakin 2013-cü ildəki son məhkəmə iclasında əksəriyyət artıq məscid tikintisinə səs verməli oldu…”
Nəhayət, bu  ilin qışında ilk planlaşdırmadan 19 il sonra, Santa-Barbara İslam Mərkəzi qapılarını möminlərin üzünə açacaq.