Dünyada cinayət qurbanlarının sayı müharibə itkilərini beş dəfə üstələyir

0
408

Dünya üzrə cinayət qurbanlarının sayı müharibə və münaqişə bölgələrində həlak olanların sayından beş dəfə çoxdur.

Bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin hesabatında deyilir.

Hesabata əsasən, 2017-ci ildə dünya miqyasında 464 min nəfər törədilmiş cinayətlər nəticəsində ölüb.

Eyni il müharibə və münaqişələrdə 89 mindən çox insan həlak olub, 26 min nəfər isə terror aktlarının qurbanı olub.