Dünyada baş verən təbii fəlakətlər

0
328

Kaliforniyada 6,6 bal gücündə zəlzələ baş verib

ABŞ-ın Kaliforniya ştatında 6,6 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerlı vaxtla saat 17:33 Rickrest şəhərindən 18 kilometr şimal-şərqdə, ocağı isə 8,7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

 

Buradan uzaq durun! 1 saatda 13 zəlzələ…

İranın şimalında yerləşən Simnan vilayətinin Damğan rayonunda bir saat ərzində 13 dəfə ardıcıl zəlzələ baş verib.

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Bir saat ərzində baş verən yeraltı təkanların birincisi 2,5 bal gücündə olsa da, 10:57-də qeydə alınan yeraltı təkan 4,7 bal gücündə olub.

İndiyədək ehtimal olunan itki haqda məlumat verilməyib.

Xatırladaq ki, ötən ilin noyabr ayında İranın Kirmanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 646 nəfər xəsarət almışdı.

 

İranda qum qasırğası 13 nəfəri xəstəxanaya saldı

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Riqan rayonunda qum qasırğası nəticəsində 13 nəfər xəstəxanaya müraciət edib.

Bunu İranın Kirman vilayəti Riqan rayonunun qubernatoru Əmin Baqeri deyib.

Ə.Baqerinin sözlərinə görə, güclənməkdə olan qum qasırğası 15 kəndlə əlaqəni kəsib. Rayonda idarələrin fəaliyyəti dayandırılıb.

Baqeri rayon sakinlərinə ehtiyac yaranmadığı təqdirdə evlərini tərk etməməyi tövsiyə edib.

Qeyd edək ki, ötən bir il ərzində qum qasırğası nəticəsində Riqan rayonunda 16 kənd boşaldılıb