Çində turistlərin telefonuna casus proqramı yüklənir – İDDİA

0
246

Çində gömrükçülər turistlərin smartfonlarına gizlincə casus proqram təminatlarını yüklənilir.

Bu barədə “Suddeutsche Zeitung” və “New York Times” jurnalistlərinin birgə araşdırmasında deyilir.

Araşdırmaya əsasən, belə təcrübə Qırğızıstanla sərhəd olan Sincan-Uyğur Muxtar Rayonundakı buraxılış məntəqələrində qeydə alınıb.

Sərhədçilər ölkəyə girişdə turistlərin mobil telefonlarını müəyyən müddətə alır və onlara gizlincə xüsusi tətbiq yükləyirlər. Tətbiq elektron poçtun məktublarını, əlaqə nömrələrini, zənglərin tarixçəsini və istifadəçilərin SMS-lərini yükləyir.

Çin-Qırğızıstan sərhədində tətbiq edilən yenilik Çin hakimiyyətinin ölkənin müsəlman əhalisi üzərində nəzarət üzrə geniş kampaniyasının tərkib hissəsidir. Belə ki, muxtar rayonun əhalisinin böyük hissəsini türkdilli uyğur müsəlmanlar təşkil edir.