Bu metod gələcəkdə hücum vasitəsi kimi istifadə ediləcək – MARAQLI

0
276


Fransada “Zapata” adlı şirkətin icraçı direktorunun “Uçan əsgər” mövzusunda hazırladığı skeytbordinq (diyircəkli taxta) maraqla izlənib. Ölkənin Silahlı Qüvvələr naziri Florensi Parli bu metodun gələcəkdə hücum vasitəsi kimi istifadə edilə biləcəyini bildirib.
Şirkət rəhbəri “Bastiliya günü” münasibəti ilə keçirilən hərbi paradda hazırladığı skeytbordinqlə əlindəki boş bir silahla saatda 188 kilometr sürətlə uçub.
40 yaşlı şirkət rəhbərinin göstərdiyi şou Fransanın prezidenti Emmanuel Makron, Almaniyanın baş naziri Angela Merkel və digər Avropalı liderlər tərəfindən maraqla izlənib.