Britaniya yalan xəbərlərlə 22,5 mln dollarlıq mübarizəyə başlayır

0
196

Böyük Britaniya hökuməti Şərqi Avropa ölkələrində yalan informasiyanın yayılmağı ilə mübarizəyə, eləcə də Qərbi Balkan dövlətlərində müstəqil KİV-i dəstəkləməyə yaxın üç il ərzində £18 mln ($22,5 mln ) vəsait ayıracaq.

Bu barədə Birləşmiş Krallığın XİN-nin mətbuat xidməti məlumat yayıb.

“Dünya əhalisinin yalnız 10%-i məlumatı müstəqil informasiya vasitələrindən əldə edə bildiyi üçün, feyk xəbərlər və dezinformasiya cəmiyyətin düzənini pozur”, – deyə Britaniyanın XİN rəhbəri bildirib.

Birləşmiş Kralllığın XİN-i bildirib ki, rəsmi London bu yaxınlarda dezinformasiyanın aşkar edilməsi və onunla mübarizə məqsədi ilə, hökumət və dövlətin vəzifəli şəxsləri üçün yeni tədris proqramı tərtib edib.