Azərbaycanlı müəllim rekordlar kitabına düşmək istəyir – Video

0
527

Lənkəranda yaşayan rəssam qeyri-adi qabiliyyətinə görə rekordlar kitabına düşmək istəyir. O, gözü bağlı halda tarixi şəxsiyyətlərin portretini çəkir.

Bu qeyri-adi qabiliyyətə malik şəxs Lənkəran sakini Vüsal Cabbarovdur. O, Lənkəranın Sütəmürdov kənd orta məktəbində tarix müəllimi işləyir. Özünü daha çox tarixçi-rəssam kimi tanıtmağa çalışan Vüsal Cabbarov işinə maraq qatmaq üçün belə qeyri-adi addım atıb.

Vüsal Cabbarov deyir ki, portreti çəkmək üçün həmin şəxsin şəklinə bircə dəfə baxmaq kifayət edir.

Vüsal Cabbarov bu qeyri-adi qabiliyyətinə görə “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir. Rəssam bununla bağlı qeydiyyatdan da keçib və cavab gözləyir.