Avtomobildə unudulan əkizlər həyatını itirdi – DƏHŞƏT…

0
237

ABŞ-da çalışdığı iş yerin önünə avtomobilini park edən adam əkiz uşaqlarını arxa kresloda unudub.

 
ABŞ-ın Nyu-york ştatında baş verən hadisədə avtomobilinin arxa kreslosunda əyləşən əkiz uşaqları ilə yola çıxan ata avtomobili park etdikdən sonra övladlarını unudub və avtomobildən enərək işə gedib.
Təxminən 8 saat sonra avtomobilinə qayıdan adam 1 yaşlı əkiz uşaqlarının nəfəs almadığını görüb. Hadisə yerinə gələn tibbi briqadalar uşaqların nəfəs almadığını və ağızlarında köpük olduğunu fərq edib.
Nyu-york polisi etdiyi açıqlamada uşaqların öldüyünü, atanın isə  “qəsdən və laqeydlik ” cinayət ilə günahlandırdığını bildirib.