Ağırçəkili sakini evdən çıxarmaq üçün FHN-dən kömək istədilər

0
216

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri ağırçəkili sakini mənzildən çıxarmağa kömək ediblər.

Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.