Acı qida demensiya riskini artırır

0
456

Bu yaxınlara qədər alimlər acı qidanın ürək-damar xəstəliklərinin profilaktikasında faydalı olduğunu bildirirdilər.

Yeni tədqiqat acı qidanın əks təsirini üzə çıxarıb.

Çin tədqiqatçıları 15 il ərzində 55 yaşdan yuxarı 4500 insanın sağlamlıq vəziyyətini qiymətləndiriblər. Sınaqlar zamanı təcrübədə iştirak edənlərin sağlamlıq vəziyyətinin necə dəyişməsi müşahidə edilib. Bütün nəticələr Cənubi Avstraliya universitetinin saytında dərc edilib.

Məlum olub ki, gün ərzində 50 qramdan çox acı bibər istifadə edən insanlarda acı qida qəbul etməyənlərə nisbətən demensiya daha yüksək templə inkişaf edib. Acı qida xoşlayanların yaddaşı zəifləyib, koqnitiv funksiyaları pisləşib.

Maraqlıdır ki, düzgün bədən quruluşu olan insanların yaddaşı daha çox ziyana məruz qalıb. Ekspertlərin fikrinə əsasən, normal çəkisi olan insanlar acı qidalara qarşı daha həssas olurlar.

Şi Zumin adlı alim bildirib ki, əvvəllər aparılan təcrübələrə əsasən, çili bibəri çəkiyə və qan təzyiqinə müsbət təsir edir. Lakin yeni tədqiqatlar belə qidanın mənfi tərəflərini də üzə çıxarıb.