“Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar” – Yenə toqquşdular

0
315

Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova İnstaqramda söz savaşına çıxıblar.
Mərhum sənətkar Mirzə Babayevin doğum günü ilə bağlı paylaşım edən Brilliant Dadaşova Aygün Kazımovaya söz atıb.
Paylaşımında ad çəkməyən sənətçinin sözlərində A.Kazımovaya eyham vurulub.
“Yaxşı ki, o, bu günlərdə estradanın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanların, səsi olmayanların, üç notdan ibarət mahnı ifaçılarının pulnan pulnan satın alınan bəzi magazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən “əsas müğənni” adlandırıldığını da görmədi”, – Dadaşova qeyd edib.
Belə ki, maqazin proqramlarında “Əsas ulduz” ifadəsi Aygün Kazımovanın ünvanına səsləndirilir.
Hazırda İstanbulda olan Xalq artisti Aygün Kazımovanın da cavabı özünü çox gözlətməyib. Mərhum sənətkar Mirzə Babayevlə görüntülərini paylaşan pop-diva ad çəkmədən bunları qeyd edib:
“Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar. O qəlbdə yalnız gözəlliklər yer tapar. Ölməz Mirzə Babayev kimi”