Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…

0
244

Türkiyə idarə olunan hava bombasını uğurla sınaqdan keçirib.

“Atom” adlanan bombanı Türkiyənin “Aselsan” şirkəti istehsal edib.

Bundan əvvəl ölkə prezidentii Rəcəb Tayyib Ərdoğan Türkiyənin yaxın iki ayda ən qabaqcıl silah sınaqlarına başlayacağını açıqlamışdı:

“Məxfilik səbəbiylə bu silahların adlarını hələ açıqlamamışıq, amma tezliklə bütün dünyaya bunlar haqqında məlumat verəcəyik”.

Ankaranın “F-352 proqramındakı iştirakının dayandırılmasına gəlincə, Ərdoğan bunun Ankara üçün problem olmadığını və alternativ axtaracağını söyləyib.

Qeyd edək ki, 2019-cu ilin ilk altı ayında Türkiyənin müdafiə sənayesi ixracatının ümumi həcmi 1,282 milyard dollar təşkil edib ki, bu da 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,4 faiz çoxdur.