Xameneini təhqir edən jurnalistə hökm oxundu

0
287

İranın Ali dini lideri Əli Xameneini təhqir etdiyinə görə həbs edilən jurnalist Məsud Kazımiyə hökm oxunub.

Məhkəmə onu 4 il 6 ay həbs cəzasına məhkum edib.

Məsud Kazıminin Xamenei və digər rəsmiləri təhqir etməkdə, eləcə də yalan danışmaqda ittiham edildiyi bildirilib.