Ukraynada təyyarə qəzası: yaralılar var

0
245

Ukraynanın Poltava əyalətində An-2 təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Ukrayna polisi informasiya yayıb.

Məlumata görə, pilot və uçuş mühəndisi təyyarə yerə təmas etməmişdən əvvəl tullanmağı bacarıblar. Nəticədə hər ikisi xəsarət alıb.

Faktla bağlı araşdırma başladılıb.