Tramp və Makronun birgə əkdiyi dostluq ağacı qurudu

0
319

ABŞ prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makronun birgə əkdiyi palıd kök atmadı.

Nəşrin məlumatına əsasən, ağac olan yerdə hazırda təkcə qazon var. Onun karantin fitosanitar nəzarətini keçə bilmədiyi qeyd olunur.

Ağac iki ölkənin liderləri tərəfindən 2018-ci ilin aprelinin sonunda Ağ evin həyətində əkilmişdi. Onu Fransa meşəsindən gətirmişdilər. İkinci Dünya Müharibəsi zamanı isə amerikalı əsgərlərin iştirakı ilə olan döyüşlərdən biri bu meşədə keçmişdi. Palıd ABŞ və Fransa arasında möhkəm dostluq əlaqələrinin simvolu olmalı idi.

Qeyd edək ki, son zamanlar iki ölkə arasında fikir ayrılıqları yaranıb. Belə ki, Tramp Parisdə manifestasiyanı şərh edərkən, Fransaya iki dəfə iqlim üzrə Paris sazişindən imtina etməyi və vergiləri azaltmağı məsləhət görmüşdü. Buna cavab olaraq isə Fransa ondan ölkənin daxili işlərinə qarışmamağı xahiş edib.