Təyyarə dağa çırpıldı: ölənlər və xəsarət alan var

0
327
ABŞ-da təyyarə dağa çırpılıb.
Bu barədə “Anchorage Daily News” yerli polisə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə Alyaskada, Muz Pass yaşayış məntəqəsində qeydə alınıb. Tern gölünün şimal sahilində baş vermiş qəza zamanı 3 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.
Məlumata görə, yaralının vəziyyəti ağırdır. O, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, 2 gün əvvəl də ABŞ-ın Şimali Karolina ştatında kiçik mühərrikli təyyarə evə düşüb.