Təriqətin konsepsiyası: yüksəlmə, yoxsa qovuşma?- Mütləq oxuyun

0
539
İmadəddin Nəsiminin yaşadığı dövrdə müsəlmanlar müxtəlif qruplara ayrılmışdılar. Bunun səbəbi Quranın təfsirində idi. Hər qrup Quranın ayələrini öz bildiyi kimi izah edir və bu əqidəni doğru hesab edirdi.
Lakin təriqətlər arasındakı bu fərqlər əsaslı deyildi, çünki heç biri Qurandan kənara çıxa bilmirdi. Onlar yaradılışın sirrlərini yalnız Qurandan öyrənməyə cəhd göstərirdilər. Bu cəhdlər çox vaxt nəticəsiz qalırdı, çünki islamın kitabında yaradılışın ümumi mənzərəsi haqqında geniş məlumat yazılmamışdı. Digər tərəfdən, ərəb dilində sözlər çoxlu məna ifadə edirdi. Bu fakt da anlaşılmazlıq yaradırdı.
Ali həqiqət axtaranların bu cəhdi Quranın “NUR” surəsindəki 35-ci ayə ilə bağlı idi. Həmin ayədə deyilir: “Allah dilədiyini öz nuruna qovuşdurar”.
Nəsiminin mənsub olduğu hürufi təriqəti də bu düşüncəni əsas tuturdu: insan öz həyatı boyu getdikcə biliklərini artıra və yaradıcı substansiyaya -Absolyuta qovuşa bilər. Qovuşma ölümdən sonra mümkündür.
Absolyutun – Yaradanın dinlərdəki tanrılarla eyniləşdirilməsi insanlar arasında parçalanma yaradır, ali həqiqətləri dərk etməyə qoymur, Absolyutu təhrif edir. Absolyut – bizə görünən və görünməyən hər şeyi əhatə edən tək bir mahiyyətdir, həyat qüvvəsidir. Paralel aləmlər Yaradanın çevrilmiş formalarıdır. Belə ki, hər şey Yaradanın özüdür, ondan kənarda heç nə yoxdur. Ona görə də o, dilədiyini, deyil, hamını öz nuruna qovuşdurur, heç kəsi seçmir. Hər şey insanın özündən asılıdır: kimsə öz dərin düşüncəsi ilə asan və qısa yol tapır, başqası bu yolu tapa bilmir, çox uzun vaxt itirir.
Ancaq Yaradana qovuşmada ölüm mütləq deyil. İnsan fiziki aləmdə yaşamdan bir başa Yaradanına qovuşa bilər. Bu hadisə qovuşma yox, yüksəlmə adlanır. Yüksəlmə qısa, qovuşma isə uzun yoldur.
Nəsimi yaradıcılığının leytmotivi müdrik insandır. Onun əqidəsinə görə, müdrik insan Yaradanın özüdür. Bu konsepsiyaya görə, insan öncə yaradanın birliyini görməyə başlayır, bütün yaradılışın yalnız bir substansiyanın verdiyi həyat qüvvəsi ilə mövcud olduğu qənaətinə gəlir. Bu düşüncə insanın könlündə sevgi hissi yaradır. Dərketmə dərinləşdikcə sevgi də güclənir, əhatə dairəsi genişlənir və yaradanın sevgisinə – şərtsiz sevgiyə çevrilir. Şərtsiz sevgi sonsuzdur, kainatı əhatə edir. Bu sevgi insanı fiziki aləmin ideoloji və maddi zəncirlərindən azad edir, könüldə davamlı rahatlıq və sevinc yaradır. Həm də bu konsepsiya tam deyil, çünki yüksəlməyə çatmır. Beyin getdikcə daha yüksək tezlikli enerji qəbul etməklə açılmağa, ali bilikləri qəbul etməyə başlayır. Aktiv düşünmə sonunda insan yüksəlmə həddinə çatır. Beyin tam aktivləşir və Absolyutla kontakt yaranır. Belə insan başqalarının ecaz hesab etdiyi qabiliyyətlərə malik olur. İeşya bunu göstərmişdi.
Bir yüksəlmiş insan kainatyanı bütün yüksəlməmiş varlıqlardan (humanoidlərdən) güclüdür. Onlar Yerə gəlib-gedir, ali biliklərə müəyyən qədər yiyələnmiş insanlarla görüşür, bildiklərini öyrətməyə çalışırlar. Ramtha, Osiris, Budda, İeşua və s. kimi başqa bizim tanımadığımız minlərlə insan yüksəlməyə çatıb.
Nəsimi ölümdən sonra qovuşmaya inanırdı, ona görə yüksəlməyə çata bilməzdi. Səbəb aydındır: dini düşüncə ilə yüksəlmə qeyri-mümkündür. Çünki, açıq təfəkkür heç bir norma və ritual tanımır, Absolyuta qısa yol azadlıqdan keçir. Din isə insanı günahkar qul hesab edir, əsassız qorxu vasitəsilə onu tabelikdə saxlayır, düşünməyə qoymur. Yüksəlmə üçün dini doqmaların, ritualların (dua, ibadət, acqalma, meditasiya), tikililərin (sinaqoqlar, kilsələr, məscidlər, məbədlər və s.) heç bir rolu yoxdur. Yalnız bilik yanğısı və azadlıq tələb olunur. İllüziya bu zaman insana açılır. Yüksəlmədə fiziki ölüm yoxdur. Yüksələn bu insanlar bəzən öldürülsələr də (İeşya kimi), öz bədənlərini bərpa edib saxlayarlar, yüksəlmədə insan bədənini özü ilə aparır. Bu bəzən ona Yerə qayıdıb yaşamaq üçün lazımdır. Yoxsa o, Yerə insan şəklində qayıda bilməz. Yüksəlmiş insanın qəbri yoxdur, olsa da boşdur.
Hürufilərin hərf və rəqəmlər haqqında görüşlərini incələməyə ehtiyac yoxdur. Bu baxışlar məhdud və sadəlövhdür. Dünyada ərəb və farslarla bərabər başqa xalqlar da yaşayırdı, başqa əlifbalar da (latın, yunan, çin və s.) mövcuddur. Bu insanların üzündə də yaradılışın işığı vardı, lakin onlar başqa hərflər tanıyırdılar, 28, 32 onlara heç nə demirdi.
Hərflər və rəqəmlər – illüziyadır, onlarda heç bir sirr yoxdur. İlk dəfə pifaqorçular rəqəmləri idaeallaşdırdılar. Bu baxış sonralar tərəfdar tapmadı. İnsanlar başa düşdülər ki, rəqəm və hərflər yalnız simvollardır. Bunları insanlar yaradır, öz praktiki məqsədləri üçün faydalanır. Absolyutda heç bir ölçü (kəmiyyət) hərf və rəqəm yoxdur, o ancaq sonsuzluq bilir.
Vaqif Çərkəzoğlu
Araşdırmaçı