Rusiyaya pis xəbər: Litvada “savaş oyunu” başladı

0
347

Litvada 10 ölkədən 4 minədək hərbi qulluqçunun iştirakı və mindən çox hərbi texnikanın cəlb edildiyi “Gelezinis Vilkas” adlı irimiqyaslı manevrlər başlanıb. Bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.

Təlimlərdə Litva ilə yanaşı, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Polşa, ABŞ, Çexiya və Estoniyanın hərbi qulluqçuları iştirak edirlər. Onların bir hissəsi NATO-nun Litvada toplu batalyonuna daxildir.

İki həftə davam edəcək təlimlər Litva ordusunun Pabrade şəhərində yerləşən poliqonunda və Qayjyunay poliqonunda keçiriləcək.