Kürdəmir sakini bir ağacda 4 növ meyvə yetişdirib – FOTO – VİDEOREPORTAJ

0
414

Kürdəmir rayon sakini bir ağacda bir neçə meyvəni yetişdirib.

Rayon sakini Ətraf Dadaşov uzun illərdir ki, meyvə ağaclarını calaq etməklə məşğuldur.

Bu dəfə bağban bir neçə növ meyvə ağaclarını calaq edərək müxtəlif meyvələri bir ağacda yetişdirməyə nail olub.

Hazırda heyva ilə armudu, tutla digər növ tutu, cır üzümlə peyvənd üzümünü və bir ağacda əzgil, armud, alma və heyva yetişdirib.