İsveçrə şirkəti tezliklə Ermənistanda qızıl zavodu açacaq…

0
228
İşğalçı ölkədə yaxın gələcəkdə  bank üçün qızıl külçələr istehsal edən qızıl affinaj   zavodu açılacaq.
 Ermənistan mediasının yaydığı məlumata görə,  bu barədə parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının deputatlarından birinin sualına cavab verən   mərkəzi bankın sədri Artur Cavadyan danışıb. O deyib ki, zavod  mərkəzi bankı da əhəmiyyətsiz faizlərlə  və “səssiz investor statusu” ilə investisiya edəcək.  Məlum olub ki,  işğalçı ölkədə tikiləcək qızıl zavodunun əsas investoru   İşveçrənin iri şirkətlərindən biridir.  Zavodun böyük istehsal potensialı olacaq.
Qeyd edək ki, affinaj – müxtəlif səviyyəli kimyəvi  təmiz qızıl əldə etmək prosesidir və onun vasitəsilə  bankın ehtiyacları  üçün  istifadə edilən qızıl  külçələr hazırlanır.
P.S. Bildiyimizə görə, Azərbaycanda da qızıl affinaj zavodu yoxdur. Və bu sahədə İsveçrənin məşhur “Argor-Heraeus” şirkəti ilə əməkdaşlıq edilir.