İran körfəzdən geri çəkildi, amma… – ABŞ komandanı

0
626

ABŞ ordusunun regiona gəlməsindən sonra İran Fars körfəzindən bir qədər geri çəkilib.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi deyib.

“Mən onların strateji baxımdan geri çəkildiyinə əmin deyiləm. Biz regionda köhnə düşmənin qarşısını almaq üçün kifayət qədər güc nümayiş etdiririk. Bununla belə, İrandan mümkün hücum təhdidinin azaldığını demək çox tezdir. Məncə, təhdid hələ də çox realdır” – deyə o bildirib.