İNK ailəsi Fərizənin anasının yas mərasimində

0
527

İctimai Nəzarət Koalisiyasının İdarə Heyyətinin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I Vitse prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri ictimai xadim Rasim Məmmədov və DAMM-ın vitse prezidenti, xalq artisti Flora Kərimova və İNK-nın bir neçə fəal əməkdaşı 20 yanvarda şəhid olmuş Fərizənin anası Bağda Nəbiyevanın yas mərasimində iştirak etmişlər.

Rasim Məmmədov və Flora Kərimova mərhumun ailəsinə baş sağlığı verərək səbr diləmişlər.

Onu da qeyd etməliyik ki, gənc yaşda qızını itirmiş Rasim Məmmədov son illər ictimai dairələrdə yüksək fəallığı və yaşlıdan kiçiyə hər bir kəsə sonsuz ehtiramı, diqqəti, qayğıkeşliyi eyni zamanda real humanist fəaliyyəti və xeyirxah əməlləri ilə tanınır.