İNK ailəsi Nizaməddin Şəmsizadə ilə…- VİDEO

0
654

İctimai Nəzarət Koalisiyasının üzvləri (İNK ailəsi) Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə ilə görüşmüşlər.

İNK İB-nın ənənəvi görüşlər çərçivəsində həyata keçirdiyi düşüncə mübadiləsində Bakı Dövlət Universitetinin professoru N. Şəmsizadənin söhbəti maraqla qarşılanmışdır.

Onu da qeyd edək ki, Quba rayonunun qədim türk obası- İspik kəndində anadan olmuş 250-dən çox fundamental elmi-nəzəri, tənqidi, fəlsəfi-publisistik məqalələrin, bir sıra seçilmiş əsərlərin, dərsliklərin, hekayələrin, esselərin, kitabların, “Məm kiməm” adlı sənədli-fəlsəfi ömürnamənin müəllifi, bir sıra dövlət mükafatlarının sahibi Nizaməddin Şəmsizadə bir ayağından məhrum olsa da onun həyat eşqi ilə dolu yaradıcılıq fəaliyyəti daha geniş, daha məğrur, daha optimist və daha dərin zəka vüsəti almışdır.

Akademikin İNK ailəsi ilə söhbətlərindən bəzi məqamları təqdim edir və onu da bildiririk ki, İNK İB tərəfindən N.Şəmsizadəyə elektrik çarpayı hədiyyə edilmişdir.

Professor öz növbəsində yeni kitablarını İctimai Nəzarət Koalisiyasının İdarə Heyyətinin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I Vitse prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri ictimai xadim Rasim Məmmədova göndərmiş və onun haqqında xoş sözlər söyləmişdir.

“ixtimaixeber.az”