İçərişəhərdə gizli yeraltı yollar var, amma bərpa etmək mümkün deyil – AÇIQLAMA

0
724

İçərişəhərdə gizli yeraltı yolların olması ilə bağlı məlumatlar var.

Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hələ orta əsrlərdə, bəlkə də, ondan əvvəlki dövrdə İçərişəhərdə bir neçə yeraltı yollar mövcud olub:

“Bununla bağlı araşdırmalar aparılır. Arxeoloqlar və alimlər, eləcə də, tarixçilər bu mövzu ətrafında vaxtında kifayət qədər ciddi araşdırmalar aparıb. Əldə olunan nəticələr onu göstərir ki, bu yollar günümüzə olduğu kimi gəlib çıxmayıb. Həmin yolların bir neçəsi nə vaxtsa bizə məlum olmayan səbəblərdən beton və ya digər üsullarla bağlanıb.

Bu yolun əvvəldən axıra qədər mövcud olduğunu demək çətindir. Təəssüf ki, bu yolları tapıb bərpa etmək olmur. Yeraltı yolları aşkarlamaq və şəbəkə olaraq bir-birinə bağlamaq, yaxud da hər hansı məqsədlər üçün istifadə etmək qeyri-mümkündür”.