Hücumu Ərəbistan həyata keçirib – İran səs yazısı yaydı

0
482

13 iyunda Oman körfəzində iki neft tankerinə edilən hücum Səudiyyə Ərəbistanın dəstəyi ilə reallaşdırılıb.

Bu iddianı Tehranın “İran Front Page Media Group” nəşri irəli sürüb.

Nəşr Səudiyyə Ərəbistanı ilə İranın terror təşkilat kimi tanıdığı Xalq Mücahidləri Təşkilatının hücumda əli olduğunu göstərən bir səs yazı yayımlayıb.

38 saniyəlik səs yazısında təşkilatın kiber əməliyyatlar üzrə nümayəndəsinin təşkilatın ABŞ-da yaşayan digər üzvü ilə dialoqu əks olunub. Təşkilatın kiber əməliyyatlar üzrə nümayəndəsi, “Keçən həftə baş verən partlayışda rejimi günahlandırmaq üçün əlimizdən gələni etdik. Səudiyyə Ərəbistanı nə edildiyini və olayın nəticələri üçün təşkilatın lideri Məryəm Rəcəvin ofisinə zəng vurdu”, – deyə bildirir.

ABŞ-dakı təşkilat üzvü isə onun bu sözlərinə qarşılıq olaraq məsələnin BMT-nin Təhlükəsizlik Şurasında qaldırıla və hətta hərbi müdaxiləyə gətirib çıxara biləcəyini deyib.