Həbsxanada nəzarətçi girov götürüldü- YENİLƏNİB

0
593

Fransanın Konde-syur-Sart həbsxanasında baş verən hadisə zamanı nəzarətçi və stajçı girov götürülüb.

BFMTV kanalı xəbər verir ki, girov götürən şəxs uzun müddətli həbsə məhkum edilib və radikal fikirləri ilə seçilir. Saxlanıldığı digər həbsxanada girov götürdüyünə görə onu Konde-syur-Sarta keçiriblər.

Danışıqlardan sonra cinayətkar girovların birini buraxıb. Lakin əldəqayırma silaha malik olan dustaq nəzarətçini saxlamaqda davam edir. O, digər həbsxanaya keçirilməsini tələb edir.

***

00:25

Fransanın Orn departamentində Konde Syur Sart həbsxanasında girov götürülənlər var.

BFMTV kanalının məlumatına görə, Ədliyyə Nazirliyində böhran qrupu yaradılıb.

Girovlar hələ azad edilməyib.

Hadisənin səbəbləri və girovların sayı barədə məlumat verilmir.