Ermənistan bu sahədə Azərbaycanı qabaqladı – Siyahı

0
299

Dünyada ən dindar ölkələrin siyahısı tərtib edilib.

66 mindən çox insanın iştirak etdiyi araşdırmanı “WIN/ Gallup International” keçirib.

67 ölkənin yer aldığı siyahıda Azərbaycan 53-cü yerdə qərarlaşıb. Ölkəmizdə dindar insanların sayı 35% təşkil edib. Dindar olmadığını deyənlər 64%, ateistlər isə 0%-dir, yəni yoxdur.

Zəruri olaraq və dərhal xatırladaq ki, Azərbaycanda özünü ateist sayan kifayət qədər tanınmış insan var. Görünür, araşdırma aparan qurum onlara rast gəlməyib.

Maraqlıdır ki, Ermənistan dindar ölkələr siyahısında ilk onluğa düşə bilib. Araşdırmada qeyd edilib ki, bu ölkədə 92% insan dindardır, yalnız 4 faiz dinsiz, 2 faiz isə allahsız var. Beləliklə, bu nəticə ilə Ermənistan 9-cu pillədə qərarlaşıb.

Ən dindar ölkə isə Tailand seçilib. Üçlüyü Nigeriya və Qana tamamlayıb.