Ebola virusuna yoluxan qadının əkizləri oldu

0
257

Ebola virusuna yoluxan britaniyalı tibb bacısının əkiz uşaqları olub.

Söhbət Paulin Kaffekidən gedir. Şotlandiyanın Qlazqo şəhərində doğuş edən qadının hər iki oğlu sağlamdır. Bu barədə onun həyat yoldaşı sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Paulin Kaffekti ebola virusuna 2014-cü ildə yoluxub. Bu, onun Syerra-Leonedə könüllü işlədiyi zaman baş verib. 43 yaşlı qadın 2015-2016-cı illərdə bir neçə dəfə ebola virusu ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Onun həyatı möcüzə sayəsində xilas edilib.