Donald Tramp Böyük Britaniyaya səfəri zamanı etirazlarla qarşılanıb

0
589

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya səfəri zamanı etirazlarla qarşılanıb. Belə ki, Bakinqam sarayının ətrafına toplaşan bir qrup insan onun Londona gəlişinə etiraz edib.

London polisi şəhərdə ciddi təhlükəsizlik tədbirləri həyata keçirib.

Qeyd edək ki, Donald Tramp Britaniyaya ötənilki səfəri zamanı da etiraz aksiyaları ilə qarşılanmışdı.