Bakıda yaşayış evinin altından neft çıxdı – VİDEO

0
365

Paytaxtın Sabunçu rayonu Qanbay Vəzirov küçəsi, Döngə 2-də yaşayış evindən neft çıxıb.

“XəzərTV”nin hazırladığı reportajda bildirilir ki, həmin ünvanda yaşayan Bəsti İmanova bir neçə gündür evdə neft iyindən durmağın mümkün olmadığını söyləyib.

Onun sözlərinə görə, evin altındakı neft hər gün artır. Ətrafa iy yayılmaqla yanaşı, hər an alışma təhlükəsi var.

Məsələylə bağlı yerli icra nümayəndəliyindən isə bildiriblər ki, sözügedən məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat veriləcək.