ABŞ esminesi Qara dənizə daxil oldu

0
263

ABŞ Hərbi Dəniz Donanmasına aid “Karni” esminesi Qara dəniz akvatoriyasına daxil olub.

Bu barədə gəmilərin hərəkətini izləyən “Marine Traffik” xidməti məlumat yayıb.

ABŞ-ın 6-cı donanmasının saytında gəminin “Sea Breeze 2019” hərbi-dəniz təlimlərində iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, “Sea Breeze 2019” təlimləri iyulun 1-dən start götürəcək. Təlimlərə 19 ölkədən 32 gəmi və 24 helikopter qatılacaq.