Yunanlar təlaşda: Ankara fırtınaya hazırlaşır – Video

0
214

Türkiyə Şərqi Aralığa ikinci qazma gəmisi göndərəcək.

Bu barədə Kipr (yunan tərəfi) mediası məlumat yayıb.

“Ankara fırtınaya hazırlaşır” başlığı ilə bağlı yayımlanan xəbərdə Türkiyənin bu addımından sonra regionda gərginliyin artacağı, hətta hər hansı toqquşma ssenarisinin də baş verəcəyi istisna edilməyib.

Qeyd edək ki, Türkiyə ötən il “Fateh” adlı qazma gəmisini Aralıq dənizinə göndərmişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında sözügedən gəminin geri çağırılmayacağını bəyan etmişdi.