Suriyada yaraqlılar tanklarla hökumət qoşunlarına hücuma keçiblər

0
441

Mayın 21-də Suriyada yaraqlılar tanklardan da istifadə etməklə hökumət qoşunlarının mövqelərinə hücuma keçiblər.

Bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

“21 may 2019-cu ildə qanunsuz silahlı birləşmələrin yaraqlıları “Hayat Təhrir əş-Şam” terror qruplaşmasının rəhbərliyi altında tanklardan və “cihad-mobil”lərdən istifadə etməklə Əl-Habit — Kafr-Nbuda və Kafr-Zayta — Hamamiyət istiqamətində hücuma keçməyə cəhd ediblər”, — deyə o bildirib.

Onun sözlərinə görə, hazırda Suriya hökumət qoşunlarının bölmələri terrorçuların kütləvi hücumunun qarşısını almağa cəhd göstərir.